Abşeronda şirniyyat sexində işləyən işçi xəsartə alıb.

Mia.az xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində işləyən qəsəbə sakini - 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli dəzgahda qalıb.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.