Türkiyə Futbol Federasiyasının (TFF) Hüquq Məsləhət Mərkəzi Trendyol Super Liqasından səkkiz klubunun cəzalandırılması üçün Peşəkar Futbol İntizam Şurasına (PFDK) materiallar göndərib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb "Trabzonspor", "Kasımpaşa", "Göztepe", "Hesab.com Antalyaspor", "Beşiktaş" və "Fənərbağça" son matçlarında mövcud təlimatları pozmaları göstərilib.
Məlumata görə, qarşıdakı həftənin ilk iş günlərində komandalar barədə tərtib edilmiş pozuntulara PDFK-də baxılaraq qərar veriləcək.
Fərid
MİA.AZ