Azərbaycandan qalxan və Gürcüstanda təyyarə qəzasında həlak olan pilotun ailəsinə başsağlığı üçün təşrif buyuran CHP sədri Özgür Özəl oradan ölkə başçısı Ərdoğana çağırış edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiya sdəri 20 hərbçinin qəzada şəhid olmasının ölkəni yasa boğduğunu deyib və Ərdoğandan milli matəm elan etməsini istəyib:
"Türkiyə böyük matəm içindədir. Şəhid ailələri və millətimiz adından cənab Ərdoğandan prezidentlik səlahiyyətlərindən istifadə edərək üç günlük milli matəm elan etməsini tələb edirəm".
Xatırladaq ki, şəhidlərin nəşi dünən axşam vaxtı Tbilisidən Türkiyədə yola salınıb.
Firudin Səfərli
MİA.AZ
