Sabah Bakının Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Mia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə noyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.