"Qalatasaray"ın italiyalı sabiq baş məşqçisi  Roberto Mançini ərəblərlə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Roberto Mançini Qətərin "Əl Sədd" klubu ilə artıq 2 il 6 ay müddətinə olan müqaviləyə imza atıb.

Məlumata görə, ərəblər italyan məşqçiyə hər il üçün 2.5 milyon avro sabit maaşı ödəyəcək.

Xatırladaq ki, Roberto Mançini son olaraq Səudiyyə Ərəbistanı yığmasnın baş məşqçisi olub.

Fərid ASLAN
MİA.AZ