"Beşiktaş" qış transfer pəncərəsəində təxminən iki ay qalmış gözünü əzəli rəqiblərindən olan "Fənərbağça"nın ulduz oyunçusuna zilləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən ay intizamsızlıq iddiası ilə "Fənərbağça"nın ulduz sağ cinah yarımmüdafiəçisi İrfan Can Kahveci qış transfer dönəmində "Beşiktaş"a getməyə isti yanaşır.

Məlumata görə, baş məşqçi Sergen Yalçın klub rəhbərliyindən onun transferini tələb edib: "O, bizə 10 nömrəli mövqe üçün mütləq lazımdır"

Fərid ASLAN
MİA.AZ