Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev noyabrın 13-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovu rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.

Mia.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlıq edib.

Xatırladaq ki, O.Mürsəlov Prezidentin Sərəncamı ilə noyabrın 12-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Onu da qeyd edək ki, təqdimatda rayonun sabiq icra başçısı, ötən gün Balakənə göndərilən icra başçısı da iştirak edib.