AFFA bəzi klubları cərimələyib.
Mia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
XI turun "Qəbələ" – "Sumqayıt" oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün "gənclik şəhəri" təmsilçisi 700 manat ziyana düşüb. "Zirə" isə "Turan Tovuz"la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.
"Turan Tovuz"un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.
"Kəpəz" - "Sabah" matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.