"Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə ölkəyə qaytarılacaq".
Mia.az xəbər evrir ki, bu məlumatı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır: "Həmin gənclərə hər bir dəstək göstərilib. Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq".
Xatırladaq ki, 40-a yaxın azərbaycanlı tələbənin Kişineu beynəlxalq hava limanından Moldovaya girişlərinə icazə verilməyib.