Model Səmra Hüseynova bu dəfə "Trendyol" alış-veriş saytının Azərbaycan bölməsindən şikayət edib.
Mia.az Axşam.az-a istinadıa xəbər verir ki, model məhsulların türk versiyada ucuz, Azərbaycana sifariş versiyasına keçəndə isə üçqat artdığını bildirib.
"Bu süni qiymət artımıdır. Heç bir mesajlara baxılmır, bu dolandırıcı şirkətlə əlbir olan blogerlər, niyə insanları aldadırsınız? Niyə öz qiymətinə deyil, süni artırılmış qiymətlə aldadırsınız? Niyə yalandan kuponlar verirsiniz? Başınıza nə xəstəlik gəlirsə saf cəmiyyəti aldatdığınıza görədir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, sizə ərizə də yolladım. Bu işlə bağlı rica edirəm tədbir görülsün. Süni qiymət artırır, saxta kuponlarla insanları aldadırlar", - deyə, Səmra paylaşımında yazıb.
MİA.AZ