Qocalanda ehtiyac üzündən filarmoniyada mühafizəçi işləmiş sevimli müğənnimiz Oqtay Ağayevin (1934-2006) bu gün anım günüdür.
...O, birbaşa xalq artisti alan üç sənətkardan biri olub. Amma bu vaxt onun 66 altı yaşı var idi.
Oqtay Ağayevin sənəti təkcə müğənniliklə bitməyib. O, kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb. Həyat yoldaşı Nadejda xanımla münasibətləri isə Tacikistandan başlanır. Nadejda xanım hər dəfə Oktayın konsertlərinə gəlsə də evlənmək təklifinə "yox" dediyindən Oqtay onu dostları ilə birlikdə qatarla qaçırır. Sonralar onların bir oğlu dünyaya gəlir. Oqtay Ağayev Rəşidin şərəfinə oğlunun adını Rəşid qoymuşdu. Lakin təəsüf ki, oğlu Rəşidin qara ciyəri xəstə idi və 44 yaşında atasından bir il öncə vəfat edir.
Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı ilin noyabrında vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbirstanlığında anasının yanında torpağa tapşırılıb.
Həyat yoldaşı isə bütün bu sarsıntılara davam gətirə bilmərək depressiyaya düşüb.
Anar Tağıyev
Zəruri qeyd: Yazı müəllifin Feysbuk hesabından götürülüb!