Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, liderlər dünən Gürcüstanda C-130 hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı davam edən istintaq və son hadisələri müzakirə ediblər.

Prezident Ərdoğan Kavelaşviliyə göstərdikləri operativ fəaliyyətə görə təşəkkür edib.

Gürcüstan prezidenti isə həlak olan 20 hərbçiylə bağlı Ərdoğana başsağlığı verib.

Firudin Səfərli
MİA.AZ