Bu gün səhər saatlarından bəri beşik kimi titrəyən Aralıq dənizində 5,2 bal gücündə zəlzələdən sonra az əvvəl daha bir güclü yeraltı təkan olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı avxtı ilə saat 18.23-də Mersin-Anamurdan 143 kilometr aralıda baş verən 5.4 bal gücündəki zəlzələ Mersində, eləcə də Adana, Karaman, Antalya və Konyada qorxu yaradıb.

Firudin Səfərli
MİA.AZ