Sabah Bakının iki 2 rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Mia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin "Zirə-Şimal DRES" magistral qaz kəmərinə birləşdirilməsi, Suraxanı rayonunda qaz xəttinin hündürlüyə qaldırılması işləri ilə əlaqədar noyabrın 13-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Xaşa-Xuna bağları ərazisində, Suraxanı rayonunun Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.