Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəisi Elçin Qasımova yeni vəzifə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elçin Qasımov bir müddət əvvəl "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri təyin olunub.

Bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov əmr izmalayıb.

O, daha əvvəl "AzerGold" QSC-də Hüquq şöbəsinin müdiri təyin edilibmiş.

Qeyd edək ki, Elçin Qasımov ötən ilin aprel ayında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsindən azad olunub.

MİA.AZ