"20 əsgərimizin şəhid olması bizə böyük kədər və acı yaşatdı".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Milli Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı dünən C-130 hərbi yük təyyarəsinin qəzaya uğraması barədə danışarkən deyib.

Baxçalı bildirib ki, faciəli və fəlakətli hadisə hər cəhətdən araşdırılacaq: "Hər ehtimalın diqqətlə araşdırılacaq. O səbəbdən rəsmi açıqlama olmadan istənilən iddia, fərziyyə və açıqlama etibarsız və əsassız olacaq. Ekspert kimi meydana atılan bəzlərinin millətimizi çaşdırmaq, qəsdən və zərərli şayiələr yaymaq və gərginlik yaratmaq üçün davamlı çxışları yolverilməzdir"

MHP lideri sonda şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və böyük Türk millətinə başsağlığı verib.

Firudin Səfərli
MİA.AZ