Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Digər sərəncama əsasən, Fuad Vahid oğlu Nəcəflinin yerinə Ceyhun Ramiz oğlu Cəlilov təyin olunub.

Qeyd edək ki, C.Cəlilov 2023-2024-ci illərdə Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri, 2024-cü ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri olub.