Naxçıvanda Mədəniyyət Nazirliyinin yeni Əsasnaməsi və strukturu təsdiqlənib.

Mia.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin Fərmana əsasən, muxtar respublika Mədəniyyət Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

1. Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi;

2. Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi;

3. Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında Culfa Regional Mədəniyyət İdarəsi.