Dünən Azərbaycandan Türkiyəyə uçan və Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 20 əsgərdən biri - Bursa sakini, pilot mayor Serdar Uslu ilə bağlı ürəkdağlayan xəbər var.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhid Uslu 4 ay sonra ata olacaqmış: "Onun həyat yoldaşı 5 aylıq övladlarına hamilədir..."
Məlumatda o da deyilir ki, mayor Serdar Uslunun şəhid olması xəbəri Bursa şəhərinin Yenigün məhəlləsindəki ata evinə İnegöl kaymakamı Eren Arslan, Qarnizon Komandiri İbrahim Feyzi Büğdüz və Yenişehir Bələdiyyə sədri Ercan Özel çatdırıblar: "Bundan qısa zaman sonra məhəllə insanlarla dolub..."
Samir Musayev
MİA.AZ


