NATO-nun Baş Katibi Mark Rutte Azərbaycandan havaya qalxdıqdan sonra Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsində şəhid olan 20 hərbçi ilə bağlı başsağlığı mesajı yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, başsağlığı mesajında o, şəhid hərbçilərə görə dərindən kədərləndiyini deyib.

Mark Rutte dahas onra NATO-nun təhlükəsizliyini təmin etmək üçün canlarından keçən bütün əsgərlərin qürur qaynağı olduğunu bildirib: "Türkiyə Silahlı Qüvvələrinin, hətta Alyansdakı bütün əsgərlərimizin təhlükəsizliyimizi təmin etmək üçün onlara dərin minnətdarıq."

NATO Hərbi Komitəsinin sədri Admiral Cüzeppe Kavo Dragone də Türkiyədən dəstək mesajı verib.

Firudin Səfərli
MİA.AZ