Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda qəzaya uğrayan C-0130 hərbi yük təyyarəsi ilə bağlı yeni məlumat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məlumatda hadisənin baş verdiyi əraziyə qəza araşdırma qrupu göndərildiyi qeyd olunub.

Bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları artıq Bakı vaxtı ilə saat 07.30-dan etibarən qrup tərəfindən ətraflı araşdırılır: "Bu araşdırma ilə qəzanın səbəbləri müəyyən ediləcək"

Samir Musayev
MİA.AZ