Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı qardaş ölkə xalqı və rəhbərliyinə başsağlığı verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, prezident Ərdoğana ünvanladığı başsağlığı məktubunda baş verən hadisədən sarsıldığını bildirib.

Əmir dost Türkiyə xalqına, ölkə başçısına dərin hüznlə bağsağlığı verib. O, ölkəsi adına gərəkli hər cür dəstəyə hazır olduqlarını da diqqətə çatdırıb.

Tahir Şəlvəli
MİA.AZ