Dünya Çempionatının seçmə mərhələsində Qabon yığması ilə sabah Bakı vaxtı ilə saat 20.00-da ABŞ-a vəsiqə uğrunda qarşılaşacaq Nigeriya millisində forma geyinən "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin yoxa çıxdığı bir məqamda rəqib komandanın Baş məşçqisi maraqlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nigeriya millisi ilə oyunla bağlı mətbuat konfransı keçirən Qabon yığmasının Baş məşqçisi Tierri Mouyuma qalib gələcəklərinə əminliyni ifadə edib.
O, bu oyunla bağlı hələ Beninlə oyundan sonra "Biz Qabonu da devirib ABŞ-da mötəbər turnirə gedəcəyik",- deyə iddialı danışan Osimhenin açıqlamaları barədə sualı istehza ilə qarşılayıb: "Osimhen belə deyib? Yəqin Nigeriya millisinin motivasiyası üçün belə adətkar sözlər deyib. Əslində, ona ən layiqli cavabı Qambiyaya qarşı oyunda Pyer-Emerik Obameyanq 4 qol atmaqla artıq cavab verib"
Xatırladaq ki, Nigeriya millisinə çağırılan oyunçular arasında Osimhenin adının olmaması dünya mediasını heyrətləndirib.
"Qalatasaray" hücumçusundan xəbər ala bilmədiyi üçün Nigeriya Futbol Federasiyasına da rəsmi müraciət edib, ancaq buradan da kluba cavab verilməyib.
Fərid ASLAN
MİA.AZ