Hazırda Səudiyyə Ərəbistanında top qovan 40 yaşlı portuqaliyalı hücumçu Ronaldo aktiv futbolçu karyerasını bitirəcəyi tarixi elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "CNN International"a verdiyi müsahibədə bu barədə suala belə cavab verib: "Tezliklə. Daha dəqiqi, bir-iki il ərzində stadionla vidalaşacam. Hələlik özümü əla hiss edirəm. Qollar vururam, hələ də özümü sürətli və formada hiss edirəm. Milli komanda ilə oyunumdan zövq alıram".
Ronaldo 2026-cı il Dünya şempionatını sonuncu ili olacağını da istisna etməyib: "25 ildir futboldayam. Həm klub, həm də milli komanda ilə bütün zirvələri fəth etmişəm. Bununla fəxr edirəm"
Fərid ASLAN
MİA.AZ