Misli Premyer Liqasının (PL) 11-ci turu bu gün start götürür.

Mia.az xəbər verir ki, Zəfər bayramı ərəfəsində tur xüsusi özəlliklə həyata keçirilir. Oyunlar “Zəfər turu” adlanır və başlama saatı 44 günlük müharibə və qələbəyə işarə olaraq təyin edilib.

Bu gün turun iki oyunu baş tutub.

“Şamaxı” öz meydanında “İmişli”ni qəbul edib.

Saat 13:45-də başlayan oyun meydan sahiblərinin 1-0 qələbəsiylə bitib. “

Qəbələ” isə saat 16.44-də öz meydanında “Sumqayıt”a 0-2 hesabıyla məğlub olub.

Sabah saat 15.44-də “Araz-Naxçıvan” M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Karvan-Yevlax”la görüşəcək. Həmin gün saat 18.44-də “Zirə” “Turan Tovuz”u qəbul edir.

Noyabrın 9-da saat 15.44-də “Kəpəz” Qəbələ şəhər stadionunda “Sabah”la qarşılaşacaq. Tura həmin gün axşam 18:44-də Azərsun Arenada yekun vurulacaq. “Qarabağ” “Neftçi” ilə builki mövsümdə ilk dəfə qarşılaşacaq.

Zülfiyyə Mustafayeva

Mia.az