Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd Şaraya və Suriya Daxili İşlər naziri Ənəs Xəttaba qarşı illlər əvvəl qəbul olunmuş sanksiyaları müzakirəyə çıxarıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın ləğvi tələbi ilə müzakirə olunan sanksiya paketinin sonda  götürülməsinə səs verilib.

Bununla da Əhməd Şara və Suriya Daxili İşlər Nazirinə qarşı sanksiyalar ləğv olunub.

Xatırladaq ki, sanksiya hər iki şəxsin silahlı dəstələrə rəhbərlik etdiyi dövrdə qəbul edilmişdi.

Tahir Şəlvəli
MİA.AZ