"Fənərbağça" derbisində qırmızı vərəqə aldığına görə tənqid olunan "Beşiktaş"ın oyunçusu Orkun Kökçü tərəfdarlara və onu tənqid edənlərə müraciət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 24 yaşlı futbolçu bəzən daha çox istəməyin insanı xətaya zorladığını bildirib: "Hamımız çətin bir dövrdən keçdiyimizin fərqindəyik. Amma biz böyük bir ailəyik və bu ailə daxilində problemlərimizi birlikdə necə həll edəcəyimizi bilirik. Kənardan deyilənlərə qulaqlarımızı qapadaraq, daxili bağımızı, birliyimizi və inancımızı qoruyaraq yolumuza davam edəcəyik. Bu təcrübələrdən dərs çıxarmaq və komandama faydalı olmaq üçün əlimdən gələni edəcəyəm..."
Zülfiyyə Mustafayeva
MİA.AZ