Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ qarşı növbəti iddia qaldırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb 5 noyabrda İstanbulun Ümraniye səmtində keçirilən mitinqdə CHP sədri Özgür Özəl Ərdoğanı "topa tutması" olub.
Məlumata görə, həmin çıxışda müxalif lider tərəfindən təhqir olunduğunu düşünən Ərdoğan iddia ərizəsində 500.000 lirəlik mənəvi təzminat tələbi də irəli sürüb.
Firudin Səfərli
MİA.AZ