Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən göl qurudulub, yerində isə fərdi yaşayış evləri salınıb.

Mia.az Xəzər TV-yə istinadən xəbər verir ki, son üç ildə gölün ərazisi tamamilə qurudularaq üzərində evlər tikilib.

Sakinlərin sözlərinə görə, göl əvvəllər onlara müəyyən çətinliklər yaradıb. Bir müddət əvvəl ərazidəki çirkab suları həmin gölə axıdılırdı.

Masazır kənd bələdiyyəsindən bildirilib ki, yaxınlıqdakı yaşayış evlərindən axıdılan kanalizasiya suları gölün ətrafında antisanitar vəziyyətin yaranmasına səbəb olub. Sakinlərin müraciətindən sonra mənzillərdən gölə axan kanalizasiya sularının qarşısı alınıb.

 

Bununla belə, torpaqla doldurularaq üzərində tikilən evlərin hansı icazə sənədləri əsasında inşa olunması sual olaraq qalır.

Yeri gəlmişkən, Mia.az xatırladır ki,  27 oktyabrda baş verən 6,1 bal gücündə zəlzələdən sonra çoxsaylı afterşokların olduğu Türkiyənin Balıkəsir şəhərinin Sındırgı rayonu hazırda "Fəlakət bölgəsi" elan edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, burada vaxtilə tiklilmiş binaların idni çoxunun altındakı torpağın çökmə ehtimalı çoxalıb.

Araşdırma ilə o da bəlli olub ki, bu rayondakı evlərin çoxu vaxtilə bataqlıq göl olmuş, sonradan qurudlmuş ərazilərdə tikilib. Bunun fəsadı isə indi daha qabarıq meydana çıxmağa başlayıb. 

Təbii ki, biz eyni halın Masazlrdakı bu ərazidə ollma ehtimalını iddia etmirik. Hər halda səlahiyətli orqanlar indidən belə məsələlərə həssas yanaşmalıdır...