Almaniyanın Hannover Hava Limanınln üzərində naməlum dronlar görünüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhz bu səbəbdən uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb, bəzi təyyarələr digər hava limanlarına yönləndirilib.

Yerli polisdən bildirilib ki, bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Dronalar gəldikdə isə, onlar qısa müddət sonra yoxa çıxıb: "Hazırda faktla bağlı ətraflı araşdırma gedir. Əlavə məlumat veriləcək"

Firudin Səfərli
MİA.AZ