Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyəti sədrinin müşavir təyin edilib.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, Tural Güləhmədov müvafiq vəzifəyə təyin edilib.

Tural Güləhmədov 1981-ci ildə Sumqayıt şəhərində doğulub.

Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin magistratura pilləsini bitirib. Əmək fəaliyyətinə 2005-ci ildə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi İdarəsində müfəttiş vəzifəsi ilə başlayıb. 2012-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışıb. 2018-ci ilin iyul ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. 2019-cu ildən isə karyerasını nazirliyin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin İnnovativ həllər sektorunda aparıcı məsləhətçi kimi davam etdirib. 2023-cü ilin oktyabr ayında DOST Agentliyinin DOST Xidmətləri departamentinin müdir müavini vəzifəsinə təyinat alan Tural Güləhmədov 2024-cü ilin mart ayına qədər həmin vəzifədə çalışıb. 1 mart tarixində İdarə Heyətinin sədri Fərid Məmmədovun imzaladığı əmrə əsasən, Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsinə təyinat alıb.