Meksika Prezidenti Klaudiya Şeynbaum çərşənbə axşamı günü Prezident Sarayının qarşısınDa onu qəfildən qucaqlayıb öpən sərxoş kişidən rəsmən şikayətçi olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Bildirib ki, bu hərəkət bütün qadınlara qarşı əxlaqsızlıq və təcavüz cəhddidir: "Həmin bu əxlaqsız adama artıq cinayət işi açılıb. Şəxsən mənim özüm şikayətçiyəm. Mənə qarşı bu davranışə bütün qadınlar yaşaya bilər. Bu, səbəbdən hadisəni bütün qadınların haqları nəzərdən dəyərləndirirəm. Çox təəssüf ki, ölkəmizdə çox qadınları oxşar vəziyyətlərlə üzləşir. Yəni, belə əcavüz cəhdləri ilk hal deyil".

Qadınlara hər mənada hörmət etməyin vacibliyini vurğulayan Şeynbaum deyib ki, bu təcavüz cinayətdir: "Bu ölkədə hər kəsin bunu anlamasının vaxtıdır".

Həmin hadisə anı ilə aşağıdakı videodan tanış oa bilərsiniz:

Zülfiyyə Mustafayeva

MİA.AZ