Azərbaycanda siqaret və siqarların aksiz dərəcələri artırılacaq.
Mia.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində dəyişiklik nəzzərdə tutulub.
Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar), eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədin aksiz dərəcələrinin 45,5 manatdan 55 manata çatdırılması nəzərdə tutulur.
Bundan başqa, araq, tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyor və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının hər litrinə görə aksiz dərəcələrinin 4,8 manatdan 5 manata çatdırılması nəzərdə tutulur.
Bu isə o deməkdir ki, yanvar ayından ölkədə siqaret və spirtli içkilərin qiyməti bahalaşacaq.