Türkiyənin ana müxalifət partiyası olan CHP sədri Özgür Özələ daha bir iş üzrə cinayət işı açılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o,dünən Ümraniyedə keçirilən mitinqdı etidyi çıxışda "Prezidenti təhqir etmək" və Əkrəm İmamoğlunun işini aparan prokuror və hakimləri təhdid etməkdə günahlandırılıb.

İstanbul Baş Prokurorluğundan bildirilib ki, qeyd olunan hallarla bağlı artıq istintaq başlayıb.

AK Partiyasının sözçüsü Ömer Çelik də CHP sədri Özgür Özelin prezident Rəcəb Tayyib Ərdoğana qarşı söylədiyi fikirlərə etiraz edib: "Özgür Özelin prezidentimizə və məhkəmə üzvlərinə qarşı çirkin və hörmətsiz sözləri siyasi təcavüzdür. Bu təcavüzə siyasi və hüquqi cavabı verəcəyik".

Firudun Səfərli

MİA.AZ