27 oktyabrda baş verən 6,1 bal gücündə zəlzələdən sonra çoxsaylı afterşokların olduğu Türkiyənin Balıkəsir şəhərinin Sındırgı rayonu "Fəlakət bölgəsi" elan edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə uzun araşdırmadan sonra AFAD qərar verib.
Qərara əsasən, Sındırgı rayonunda indiyədək 22.616 çoxmərtəbəli binada yoxlama aparılıb və nəticə arzuolunmaz sayılıb.
Prezident Ərdoğanın lideri olduğu AK Partiyasının sədr müavini, Balıkəsirdən deputat Belgin Uyğur Sındırgının fəlakət bölgəsi elan edildiyini və bu qərardan sonra rayonun böyük hissəsinin boşaldılacağını təsdiqləyib
Deputat bildirib ki, bu məqsədlə maliyyə qaynaqları yaradılmaqdadır.
Firudun Səfərli
MİA.AZ