Meksika prezidenti Klaudiya Şeynbaum Prezident Sarayının qarşısına vətəndaşlarla görüşdə kuryoz hadisəylə üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sərxoş bir gənc prezidentə yaxınlaşıb və qəfildən onu qucaqlayaraq öpüb.

Yayılan videodan görünür ki, o, iyrənc niyyətini davam etdirməyə çalışır.

Məlumata görə, cangüdənlər dərhal müdaxilə edib və gənc saxlanılaraq polisə təhvil verilib: "Ona ictimai yerdə əxlaqsız davranış maddəsiylə cinayət işi açılıb..."

Tahir Şəlvəli
MİA.AZ