Nyu-Yorkda merlik seçkilərində qalib gələrək adənı tarixə yazdıran müsəlman Zöhran Məmdani nəticələrin elanından sonra onu tez-tez hədələyən ABŞ Prezidenti Trampa sərt mesaj ünvanlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni mer Trampın ondan qorxduğunu iddia edib: "Bir despotu qorxutmağın bir yolu varsa, o da onun hakimiyyətə gəlməsinə imkan verən şərtləri aradan qaldırmaqdır. Tramp, məni izlədiyini bilirəm, ona görə də sənə deyirəm: televizorun səsini qaldır!"
Nyu-Yorkun ilk müsəlman meri daha snra ona etimad göstərən hər kəsə təşəkkür edib: "Nyu-York dəyişiklik üçün mənə mandat verdiniz. Bu, əslində, yeni bir siyas xəttin mandatıdır"
Məmdani bildirib ki, Tramp kimi milyarderlərin vergilərdən yayınmasına və vergi güzəştlərindən yararlanmasına imkan verən korrupsiya mexanizminə son qoyacaq: "Nyu-York immiqrantlar tərəfindən tikilmiş bir şəhərdir və bu gecədən etibarən immiqrantlar tərəfindən idarə olunacaq. Buna görə də, sənə deyirəm: Prezident Tramp, bizim birimzə toxunmaq üçün gərək hamımıza toxunasan! Mən müsəlmanam. Mən demokrat sosialistəm. Cəsarətliyəm və şəhərimizin inkişafı üçün cəsarətli qərarlarım da olacaq"
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp seçkilərdə Mamdani rəqibi Kuomoya dəstək verirdi...
Samir MUSAYEV
MİA.AZ