8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə sabah Bakıda hərbi orkestrlərin iştirakı ilə yürüşlər keçiriləcək.
Məlumata görə, yürüşlər paytaxtın mərkəzi küçə və prospektlərində 3 istiqamət üzrə saat 10-12:00 aralığında təşkil olunacaq.
1-ci yürüş Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksindən metronun “İçərişəhər” stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəlinin qarşısına qədər davam edəcək.
2-ci yürüş Q.Musabəyov parkından Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanına qədər davam edəcək.
3-cü yürüş “Olimpik Star” İdman və Əyləncə Mərkəzindən Səməd Vurğun küçəsi - Zabitlər parkı, Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospektinədək davam edəcək/Qafqazinfo.