14 may 2023-cü il Prezident seçkilərində Ərdoğanla daban-dabana yarışan "6-lı Masa"nın vahid namziədi, o zaman CHP-nin sədri olan Kamal Kılıçdaroğlu artıq aktiv siyasətə vida edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP sədrliyini də Özgür Özələ uduzduqdan sonra Ankarada ofis icrayə götürüb, siyasətin mərkəzində qalmaq istəyən Kılıçdaroğlu partiya qurultayı ilə bağlı məhkəməni də uduzduqdan sonra siyasətdən tam geri çəkilib.

Məlumata görə, bu günə qədər onun fəaliyyət göstərdiyi Ankaradakı ofis də satılıb: "Həmin ofis  43 milyon lirəyə satılıb. Kamal bəy də bu gün ofisdəki şəxsi əşyalarını da götürüb, oranı tərk edib".

Türkiyə mediası yazır ki, o, bundan sonra ailəsiylə zaman keçirəcək.

Yeri gəlmişkən, Kılıçdaroğlunun ofisi təhvil verməsi və əşyalarını götürməsi barədə görüntülər də yayılıb.

Firudin Səfərli
MİA.AZ