İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğlunun atası Həsən İmamoğlu və oğlu Səlim İmamoğlu istintaqa çağırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan əməliyyatlar və korrupsiya iddiaları ilə bağlı dindiriləcəklər.
Məlumata görə, artıq prokurorluq onlara bildiriş göndərib: "İş materiallarındakı dəlillərə əsasən, şübhəlilər Həsən və Səlim İmamoğlular "rüşvət" və "cinayətkarlıq yolu ilə əldə edilmiş gəlirlərin yuyulması" ittihamları ilə polisə ifadə verəcəklər"
Samir Musayev
MİA.AZ