Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununun təyinatları müəyyənləşib.

Məlumata görə, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastyan Qishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Şreyner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Şutenqryuber, AVAR-da Yozef Şpurni əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.