PA-nın xəyanətdə, hakimiyyəti zorla ələ keçirmək və dgər cinayətlərdə ittiham olunan sabiq rəhbəri Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edilib.

Mia.az xəbər veirr ki, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə həbs edilib.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İddiaya əsasən, o, Ramiz Mehdiyev işinə görə - dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə tutulub.

Xatırladaq ki, Eldar Əmirovun saxlanması ilə bağlı ilk xəbəri manşet.az saytı yayıb.