Türkiyə hökuməti Rusiya ilə S-400 ZRK almaqla ölkəni elə çox çətin duruma salıb ki, deyiləsi deyil. 4 milyard dollara başa gəlmiş həmin HHM vasitələri anbarda qalıb, ABŞ və NATO onu aktivləşdirməyə imkan vermədi.

Amma Türkiyə cəzalandırıldı və özünün də iştirakçısı olduğu 5-ci nəsil F-35 qırıcıları proqramından kəınarda qoydu. Türkiyə mərhələli şəkildə döyüş aviasiyasını F-5-lərlə yeniləyəcəkdi, necə ki, artıq əksər NATO ölkələri ən müasir qırıcılara sahibdir. Türkiyə isə köhnəlmiş F-16 parkının ümidinə qalıb və ordu NATO-da və regionda hava üstünlüyünü itirib. ABŞ-la imzalanmış 20 milyard dollarlıq müaviləyə görə, F-16-lar moderinləşdiriləcək, yeniləri gətiriləcək. Amma proses ləng gedir və Türkiyə alternativlər axtarmaq məzburiyyətində qalıb. Məsələn, ötən ayın 27-də Böyük Britaniya ilə imzalanmış müqaviləyə görə 10.7 milyard dollar dəyərində 20 ədəd “Eurofighter Typhoon” təyyarələri alacaq. Birinin qiyməti 535.000.000 dollara gəlir. Halbu ki, F-35-lərin bir qismini pulsuz əldə edəcəkdi...

Sual yaranır ki, Türkiyə özünün Kaan çoxfunksiyalı təyyarələrini yaratdığını elan etmişdi, bəs silahlanmaya niyə qəbul edilməyib. Bu sualın cavabını xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının toplantısı çərçivəsində ABŞ-da açıqlamşıdı: Motorları ABŞ-dan almalıyıq, onlar isə satmırlar...

Yeri gəlmişkən, dron texnologiyasının sürətli inkişafı bir çox ölkələrin hərbi sənaye kompleksləri qarşısında yeni vəzifələr qoyub. Məsələn, yerüstü döyüş vasitələri artıq əhəmiyyətini itirir, səmada üstünlük prioritetdir. Bu baxımdan, döyüş avsiasiyasının əhəmiyyəti daha da artır və əsas sərmayələr onların və onlara bağlı silah sistemlərinin inkişafına yönəlir.

Xatırladaq ki,Azərbaycan da bu çağırışları dəyərləndirərək Pakistandan 4.2 milyard dollar qarşılığında 40 ədəd 4-cü nəsil JF-17 Block III qırıcısı alıb. Çox güman, onlar ilk dəfə Zəfər Bayramının 5 illiyi ilə bağlı Bakıda keçiriləcək hərbi paradda nümayiş olunacaq.

Ermənistan da bu yarışdan geri qalmaq istəmir, Rusiya lisenziyası ilə Hindistanda istehsalı olunan 12 ədəd Su-30 MKI qırıcısı almaq üçün Dehli ilə 3 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşır.

Elçin RÜSTƏMLİ

MİA.AZ