İsmayıllı rayonunda zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.

Onu da bildirək ki, dünən bu rayonda daha bir zəlzələ olub.