Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Mia.az “Unikal”a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.
Məhkəmə N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib.
***
Məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla müavindən əlavə, daha bir neçə vəzifəli şəxs saxlanılıb.
Onlardan böyük məsləhətçi (memar) Qafar Abdullayev barəsində də həbs qətimkan tədbiri seçilib. Digər vəzifəlilər hazırda dindirmədədirlər/Qaqfqazinfo
***
Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini barəsində həbs qətimkan tədbiri seçilib.
Mia.az xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətnin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu rayona rəhbərlik edir.
***
Ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb və icra başçısının müavini Muradov Nadir Yədulla oğlu, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdir əvəzi Qafar Abdullayev (baş mütəxəssis) barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Mia.az Manset.az-a istinadən xəbər verir ki, saxlanılanlar içərisində icra başçısının köməkçisi Umudov Rəşad Həsən oğlu, icra hakimiyyətinin mütəxəssisi Nadirli Rəşad Sərdar oğlu və rayon icra hakimiyyəti başçısının Çeyildağ üzrə nümayəndəsinin müavini Şəmsiyev İsa Tofiq oğlu da olub.
Daha sonra məhkəmənin qərarı ilə onlar haqqında ev dustaqlığı qətimkan tədbiri qərarı verilib.