İsmayıllıda 3,4 bal gücündə zəlzələ olub.

Mia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.