Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanda narkoticarət və kiberdələduzluq ittihamları ilə saxlanılan Rusiya vətəndaşları ilə bağlı açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Moskvada həftəlik ənənəvi mətbuat konfransında verilən sualı cavablandırıb.
Zaxarova deyib ki, Azərbaycanda İranla narkotik qaçaqmalçılıq və kibercinayətkarlıqda şübhəli bilinərək saxlanılan Rusiya vətəndaşlarının azadlığa buraxılması üçün rəsmi Bakıyla təmas halındadırlar: "Danışıqlarımız davam edir".
Samir Musayev
MİA.AZ
 
                 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                
