Ankarada səfərdə olan Almaniya kansleri Fridrix Merzlə Ərdoğan arasında mətbuat konfransında gərginik yaranıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fridrix Merzin İsraili birmənalı müdafiə etməsi Ərdoğanın xoşuna gəlməyib.
Belə ki, Almaniya kansleri həmişə İsrailin yanında olacaqlarını deyib: "Almaniyanın İsrail yarandığı gündən bəri onun yanında olub, 7 oktyabr 2003-də İsrailə hücumdan bəri də bütün imkanlarıilə İsrailin yanında olub və bu, belə də davam edəcək".
Almaniya kanslerinin bu sözlərinə Ərdoğan hirsli görkəmlə reaksiya verib: "Kanslerin çıxışının bir hissəsi ilə razı deyiləm. Təəssüf ki, bu savaşda 60 mindən çox uşaq, qadın və yaşlı öldürülüb. HƏMAS-ın bombaları və ya nüvə silahları yoxdur. İsrailin bütün bu silahları var. Dünən gecə Qəzzaya zərbə endirmək üçün yenidən bu bombalardan istifadə etdi. Almaniya olaraq bunu görmürsünüz?!"
Zülfiyyə Mustafayeva
MİA.AZ