Bu gün Almaniya Kansleri Fridrix Merzi Ankaraya səfər edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onu prezident Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.
Ərdoğan və Merz nümayəndə heyətlərini bir-biri ilə tanış ediblər, daha sonra Türkiyə və Almaniya bayraqları qarşısındakı pilləkənlərdə jurnalistlərə şəkil çəkilməsinə zəmin yaradıblar.
Məlumatda deyilir ki, qapalı görüşdən sonra Ərdoğan və Almaniya Kansleri birgə mətbuat konfransı keçirəcəklər.
Zülfiyyə Mustafayeva
MİA.AZ