Türkiyə super liqasının 11-ci turunda "Beşiktaş"la qarşılaşacaq "Fənərbağça" matçın hazırlıqlarını davam etdirir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Domeniko Tedesko, eyni zamanda, komandasının start heyətini dəqiqləşdirməyə başlayıb.
Məlumata əsasən, o, derbiyə bu heyətlə çıxacaq:
Qapıçı: Ederson
Müdafiə xətti: Milan Skriniar, Jayden Oostervolde, Nelson Semedo, Arçi Braun
Yarımmüdafiə: İsmayıl Yüksek, Edson Alvarezi, Marko Asensio, Dorgeles Nene, Kerem Aktürkoğlu
Hücum: Yusif Ən-Nesiri
Zülfiyyə Mustafayeva
MİA.AZ